Rusiyada Stalinə abidə ucaltmağı təklif edirlər
    • 3-11-2024, 00:57
    • 377

Rusiyada Stalinə abidə ucaltmağı təklif edirlər


Altay Regional Qanunvericilik Məclisinin deputatı Sergey Matasov Rusiyanın Barnaul  Ümumittifaq Kommunist Partiyası (bolşeviklər)-Sov.İKP katibi İosif Stalinin abidəsinin ucaldılmasını təklif edib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, o, regional büdcənin formalaşdırılması ilə bağlı təkliflərini səsləndirərək bu təşəbbüsü deputatlara təqdim edib.

Parlamentarinin bəyanat verib ki,  yaxınlaşan əlamətdar yubiley - Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə əlaqədar Rusiyanın Altay vilayətinin Barnaul şəhərinin  mərkəzində Qələbə generalissimusu İosif Vissarionoviç Stalinin abidəsi ucaldılmalıdır.

Regional xəbər agentliyi Amitel xəbər verir ki, deputat müvafiq tədbirlərin maliyyələşdirilməsini planlaşdırmağı təklif edib.

Həmçinin Stalin Mərkəzinin idarə heyətinin sədri olan Matasov bildirib ki, Altay diyarı hökuməti layihə ilə razılaşarsa, təşkilat abidənin hazırlanması ilə bağlı xərclərin bir hissəsini öz üzərinə götürməyə hazırdır. Mərkəzin mütəxəssisləri də abidənin tikintisi ilə bağlı məsləhətlər verməyə hazırdırlar.

Bundan əvvəl Voloqda vilayətinin qubernatoru Georgi Filimonov Voloqdada Stalinə abidə ucaltmaq planlarını açıqlamışdı . Abidə SSRİ liderinin 1911-ci ilin dekabrından 1912-ci ilin fevralına qədər sürgündə olduğu ev-muzeyinin yanında görünməlidir.