-
- 16-08-2020, 10:30
- 880
Trampdan İrana yeni sanksiya Təhdidi
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İrana silah embarqosunun uzadılmaması qərarına cavab olaraq gələn həftə yeni sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
News24.az xəbər verir ki, həmçinin, Tramp Rusiya Prezidenti Vladimir Putinin mövzu ilə bağlı videokonfrans görüşünə dair təklifini qəbul etməyəcəyini bildirib.
Xatırladaq ki, cümə günü keçirilən səsvermədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah embarqosunun uzadılması təklifini qəbul etməkdən imtina edib.