-
- 17-08-2020, 12:17
- 591
"Sileks"in baş məşqçisi: "Möcüzələrə inanmalıyıq, Qarabağla oyuna köklənmişik"
“Pelister”lə oyundakı məyusedici nəticədən sonra psixoloji cəhətdən özümüzə gəlməyə çalışırıq”.
News24.az xəbər verir ki, bunu “Sileks”in baş məşqçisi səfər matçı ilə bağlı yerli mətbuata danışarkən bildirib:
“Hər şeyi geridə qoyduq və indi yalnız “Qarabağ”la oyuna köklənmişik. Oyunçuları heç nədə günahlandırmıram. İstəyirəm ki, meydanda ən yaxşısını versinlər. Möcüzələrə inanmalıyıq, çünki futbolda da eyni şeylər tez-tez baş verir. Seçmə mərhələ bir matçdan ibarətdir. İntizamlı və yüksək səviyyəli oynasaq, bunun mükafatını alacağıq”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” görüşü saat 20:00-da başlayacaq.