Mədəniyyət Nazirliyi Aparatının rəhbəri işdən çıxarılıb
    • 17-08-2020, 12:49
    • 927

Mədəniyyət Nazirliyi Aparatının rəhbəri işdən çıxarılıb

Mədəniyyət Nazirliyində kadr islahatları olub.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Babayev Fikrət Köçəri oğlu yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.