Ruhi Əliyeva Polad Həşimovun xatirəsinə bulaq tikdirmək arzusundadır - VİDEO
    • 18-08-2020, 14:06
    • 1 669

Ruhi Əliyeva Polad Həşimovun xatirəsinə bulaq tikdirmək arzusundadır - VİDEO

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva Tovuz istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan general Polad Həşimovun xatirəsinə bulaq tikdirmək arzusundadır. 

News24.az xəbər verir ki, bununla bağlı R.Əliyeva şəxsi "İnstagram" hesabında məlumat verib. İş xanımı bildirib ki, torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına şəhid olmuş, xalqımızın mərd oğlu, general-mayor Polad Həşimovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq:"Onun xatirəsinin Tovuz rayonunda əbədiləşdirilməsi üçün nəzərdə tutduğumuz bu gözəl bulaq layihəsinin reallaşması üçün qanuni yollarla əlimizdən gələni edəcəyik. Çox istərdim ki, Polad Həşimov bulağını tezliklə Tovuz rayonunda inşa edək və hər dəfə bu bulaqdan su içən hər bir insanımız qəhrəman generalımıza rəhmət oxusun".

Qeyd edək ki, Polad Həşimovun xatirəsinə hazırlanan bulaq abidəsinin dizaynı "Era design" interyer-dizayn şirkətinə məxsusdur. Şirkətin rəhbəri Rəfael Abbasov belə bir şəhid generalımızın adını daşıyacaq bulaq kompleksinin dizaynının hazırlanmasından qürur və fəxr hissi keçirdiyini deyib.