-
- 18-08-2020, 22:55
- 2 130
Faiq Ağayev gənc yazardan danışdı: "Polis onları da aparsaydı, tam ədalətli olardı"
Xəbər verdiyimiz kimi, gənc yazar Kəramət Böyükçöl bu gün saxlanılıb. Daxili İşlər Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər.
News24.az xəbər verir ki, xalq artisti Faiq Ağayev "Feysbuk" sosial şəbəkəsində Kəramət Böyükçölün saxlanılmasına münasibət bildirib.
Sənətçi qeyd edib ki, Kəramətin dostlarına müraciət etdim ki, onu dayandırın: "Əlimdən gələn yalnız bu idi. Nə şəxsi tanışlığım, nə də ki, mobil nömrəsindən xəbərim var. Hayıma əməli cavab verən bircə Nurlan Cəfəri oldu. Dəfələrcə, təkidlə zəng edib, məlum canlı yayımı saxlatdırdı.

Görünür, əsl dostu yoxuymuş bu biçarənin. Amma "N" qədər "təəssübkeşi", əslində isə bada verəni var - yəni klaviatura qəhrəmanları.
Bax, həmin o "dəstəkçiləri" də bu gün polis aparsaydı, tam ədalətli olardı".