Kəramət Böyükçöl saxlanıldı - VİDEO - YENİLƏNDİ
    • 18-08-2020, 18:03
    • 1 431

Kəramət Böyükçöl saxlanıldı - VİDEO - YENİLƏNDİ

Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.

News24.az-ın xəbərinə görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər: “Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.

Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”. /APA/

***
16:49

Gənc yazar Kəramət Böyükçöl saxlanılıb.

News24.az xəbər verir ki, K.Böyükçöl bir neçə gündür şəxsi "Facebook" hesabında açdığı canlı yayımlarla gündəmə gəlib. 

Onun yaşadığı evə gələn polis əməkdaşları evdəki səs-küyə görə qonşuların şikayət etdiyini bildiriblər. 

K. Böyükçöl saxlanılaraq polisə aparılıb.