-
- 19-08-2020, 14:12
- 989
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Prezident İlham Əliyevin tapşırığına əsasən bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır.
Nazirlikdən News24.az-a bildirilib ki, cari ilin ötən dövründə artıq 554 mənzil qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. İlin sonuna qədər yeni yaşayış binalarından alınmaqla daha 200-dən çox mənzilin və 800 fərdi yaşayış evinin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub.
Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir, yaxın bir ay ərzində sahiblərinə təqdim edilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.