-
- 11-07-2018, 12:58
- 3 618
Damlanın anşlaqla keçən konserti və bəyənilməyən tərəfləri – FOTOLAR - VİDEO
Ötən gün müğənni Damla Yaşıl Teatrda konsert proqramı ilə çıxış etdi.
Saat 20:00-da başlamalı olan tədbir nə az, nə çox düz bir saat gecikdi. Bunun səbəbi səs avadanlıqlarının tam hazır olmaması ilə yanaşı hər zaman olduğu kimi, tamaşaçıların məkana qeyd olunan vaxtdan gec gəlməsi oldu.
Top-stilist Anar Ağakişiyevlə işbirliyi quran Damla qrim otağında olarkən çox həyəcan keçirdiyini və əlacı olsa uşaq kimi ağlayacağını da dilə gətirdi.
Anşlaqla keçən tədbirdə narazılıq edənlər də tapıldı. Belə ki, dəvət olunan fiziki qüsurlu şəxslərə 1-ci sırada əyləşən izləyicilərin önündə yer verildi. Həmin şəxslər isə buna öz etirazlarını bildirdilər. Lakin vəziyyət elə olduğu kimi də qaldı.
Konsertin ilk dəqiqələri dejavu hissi yaratdı. Qarşısı qara parçayla bağlanmış şüşə kabinədən çıxan ifaçı tam olmasa da, illər öncə daha dəqiq desək 2010-cu ildə əməkdar artist Röya Ayxanın elə həmin məkanda verdiyi “Sürpriz” adlı konsertinin giriş hissəsini xatırlatdı. Fərq isə R.Ayxanın dəmir qəfəslə səhnəyə gəlməsindəydi.
“Xəncər” mahnısı ilə gecəyə start verən ifaçı öz mahnıları ilə bərabər həmkarının repertuarına da müraciət etdi.
Damla Xumar Qədimovanın “Yalan deyil”, bəstəkar Gövhər Həsənzadənin Almaz Ələsgərli üçün bəstədiyi “Yazığım gəlir sənə”, İradə İbrahimovanın “Yaşananlar”ından başqa xalq artisti Aygün Kazımovanın “Yar yar” və ifaçıya məşhurluq gətirən mərhum müğənni Şəfanın “Sevgi qatarı” mahnılarını da ifa etdi.
Teymur Məmmədov
FOTO/VİDEO: Nurlan Gülməmmədov