-
- 19-08-2020, 16:06
- 813
Tibb işçilərinin əməkhaqlarına verilən müddətli əlavə oktyabrın 1-dək uzadılıb
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
News24.az-ın məlyumatına görə, qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il oktyabrın 1-dək olan müddət üçün ödəniləcək.
Qeyd edək ki, bu müddət 2020-ci il iyulun 1-dək müəyyən edilmişdi.