-
- 20-08-2020, 14:57
- 496
Həfəsonları kafe və restoranlar ÇALIŞACAQMI? - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonları ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyətlər qüvvədədir. Vətəndaşlara isə maraqlıdır ki, şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyi halda, kafe və restoranlar çalışacaqmı?
Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evlərində qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq qadağandır.