-
- 21-08-2020, 13:30
- 1 111
Daha iki ay TOYSUZ- Bu dəfə MƏHƏRRƏMLİK... - İLAHİYYATÇILAR AÇIQLADI
Operativ Qərargahın qərarına əsasən, toy mərasimlərinin keçirilməsi qadağandır. Artıq bu gündən etibarən Məhərrəm ayı başlayır. Xatırladaq ki, bu ay Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biridir. Məhərrəm ayının 10-cu günü İslam tarixinə Aşura günü, İmam-Hüseyn (ə) və tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub. Bəzən bu ayı nəhs ayı kimi də qəbul edirlər. Lakin dini ekspertlər qeyd edir ki, bu inancın dini əsası yoxdur. Vətəndaşlara isə maraqlıdır ki, Məhərrəmlik ayında toy mərasimlərinin keçirilməsi islam dininin şərtlərinə uyğundurmu?
News24.az məsələ ilə bağlı ilahiyyatçıların fikirlərini öyrənib.
İlahiyyatçı Elşad Miri bildirib ki, İslamda Məhərrəm ayında toy keçirilməsi ilə bağlı bir qadağa yoxdur və bu, insanların məlum aya olan hörmətinin təzahürüdür:
“İslamın yeganə mənbəyi qurandır. Quran isə peyğəmbərimizin yaşadığı dövrdə gəlib. Qurandan sonra ortaya atılan iddia və fikirlərin ona aidiyyəti yoxdur. Peyğəmbərin dövründə Məhərrəm, Ramazan və digər aylarda toylar hər zaman olub. Peyğəmbərin dövründən və nəvəsi İmam Hüseynin qətlə yetirilməsindən onillər sonra müəyyən bir qrup həmin hadisənin baş verdiyi tarixi yas ayı olaraq qəbul etməyə başladı. Beləliklə, toyların keçirilməsi yığışdırıldı.
Məsələyə başqa prizmadan yanaşaq. 20 Yanvar bizim üçün çox hüznlü və ciddi hadisədir. Ancaq buna baxmayaraq, yanvar ayında insanlar yenə də toy edirlər. Hazırda insanların böyük qismi Məhərrəm və Səfər aylarında 2 ay toy etmirlər. İslamda belə bir anlayış yoxdur. Peyğəmbərin özünün sağlığında 6 övladı ölüb. Həmi aylarda belə toy edilib”.
O, hesab edir ki, bir adamın yasını tutmaq onu yaşatmaq deyil: “Əgər bir insan başqa birini sevdiyini iddia edirsə, həmin insan kimi haqsızlığın qarşısında dayanmağı, zülmə etiraz etməyi, düzgün həyat yaşamağı, ibadətlərini yerinə yetirməyi, onun kimi insanlarla ünsiyyət qurmağı bacarmalıdır. Həmin insanı zehni olaraq yaşatmaq üçün şəxsin prinsiplərini reallaşdırmaq lazımdır”.
İlahiyyatçı Samir Əzizov isə vurğulayıb ki, İslam dinində toyun xüsusi qayda-qanunla keçirilməsi nəzərdə tutulmayıb:
“Sadəcə olaraq İslamın ümumi prinsipləri mövcuddur. İslamın ümumi prinsiplərinə uyğunluq təşkil etməsi baxımından bu toylar “İslami toy” adlandırılır. Məhərrəm-Səfər günləri 2 ay nəzərdə tutulub. Peyğəmbərimizin bu barədə xüsusi göstərişi olmasa da, özü İmam Hüseynə yas saxlayıb. Onun xəbərini eşitdiyi zaman ağlayıb, göz yaşı töküb. Bu isə bizim üçün bir qayda təşkil edib. Əhli-Beytdən gələn “şad günlərdə şadlanın, qəmli günlərdə qəmlənin” prinsipini əsas tutaraq, toylar keçirilmir”.
İlahiyyatçı Ceyhun Şükürov da düşünür ki, hörmət əlaməti olaraq yas saxlamaq olar, amma İslamda belə bir qadağa yoxdur:
“İslam ümumbəşəri dindir. Azərbaycanın adətləri başqa, dinimiz başqa strukturdadır. Son zamanlar adətlərimizi dinimizdən üstün tuturuq. Ümumiyyətlə, istər içki, istərsə də toy haramdır. O ki qaldı toya, nə Qurani-Kərimdə nə də İslam şəriətində qadağa yoxdur. Amma hörmət əlaməti olaraq məhərrəmlik ayında və aşura günündə toy etməyənlər var və bu, onların öz seçimidir”.
Məhərrəm