"Lotu Quli"ni öldürən Xan:
    • 21-08-2020, 15:01
    • 785

"Lotu Quli"ni öldürən Xan: "Ondan heç vaxt xoşum gəlməyib" - VİDEO

Antalyadakı otellərdən birində yemək yeyərkən "Lotu Quli" ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovu öldürdüyü iddiasıyla tutulan cangüdəni Xan Zeynalov (25) və sürücüsü Amir Həmidli (26) polis idarısindəki zəruri proseslərdən sonra Serik Ədliyyəsinə təhvil verilib. 

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, şübhəlilər ciddi təhlükəsizlik tədbirləri alaınaraq polis şöbəsindən çıxarılıb.

Digər tərəfdən, Nadir Səlifovu öldürdüyü iddiası ilə tutulan cangüdəni Xan Zeynalovun ilk ifadəsi ortaya çıxıb.

Nadir Səlifovla birlikdə böyüdüyünü bildirən X.Zeynalov "Onu ümumiyyətlə sevmirdim. Birlikdə yaşadıq, birlikdə böyüdük. Mən onun qoruması oldum. İllər boyu dözdüm. Ancaq ondan heç vaxt xoşum gəlməyib. İstəmədən bu işi etdim. Xoşum gəlmədiyi üçün öldürdüm".