Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından DANIŞDI
    • 22-08-2020, 19:15
    • 986

Elmira Süleymanova yeni Ombudsmanın karantin qaydalarını pozmasından DANIŞDI

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova Ombudsman Səbinə Əliyevanın karantin qaydalarını pozaraq AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirakından danışıb.

News24.az xəbər verir ki, Elmira Süleymanova Demokrat.az-a qısa açıqlamasında Səbinə Əliyeva haqda bunları deyib:

"Mən bilirəm ki, siz mənə nə üçün zəng etmisiniz. Yeni Ombudsmanımız da həyat yoldaşı ilə gedib o toyda iştirak edib. Bu doğru deyil. Onların bu hərəkətlərinə mən nə deyə bilərəm? Mənim bu barədə danışmağım gülünc olardı". /Demokrat.az/