Filippində partlayış - ÖLƏNLƏR VAR
    • 24-08-2020, 12:41
    • 657

Filippində partlayış - ÖLƏNLƏR VAR

Filippinin cənubundakı Holo şəhərində baş verən iki partlayış nəticəsində 9 nəfər ölüb, 17 nəfər yaralanıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, ilk partlayış günorta saatlarında  ərzaq mağazasının yaxınlığında baş verib. Ikinci hadisə isə ilk partlayış baş verən yerdən 70 metr məsafədə kilsə yaxınlığında 1 saat ara ilə yaşanıb.

İlk partlayışda 5 hərbi qulluqçunun öldüyü bildirilir.