Elçin Cəfərov koronavirusdan OXUDU - VİDEO
    • 25-08-2020, 11:50
    • 847

Elçin Cəfərov koronavirusdan OXUDU - VİDEO

Müğənni Elçin Cəfərov yaradıcılığında maraqlı yeniliklə sevənlərinin görüşünə gəlib.

News24.az xəbər verir ki, gənc ifaçının animasiya janrında çəkilən "Boş ver" adlı bu sürpriz klipi dünyanı əhatəsinə alan COVID-19 virusuna həsr olunub. Heç bir kommersiya məqsədi daşımayan və maraqlı görüntülərlə yadda qalan klip insanlarda yüksək əhval-ruhiyyə yaratmaq üçün ərsəyə gətirilib. İlk baxışda balaca dinləyicilər üçün nəzərdə tutulması zənn edilsə də, klipin istənilən yaş qrupundan olan insanlar tərəfindən maraqla qarşılanacağına inanırıq.

Sürpriz klipin yaradıcı heyəti - 2 d animasiya rəssamı Mustafa bəy, montaj Nemət Məmmədov, layihənin rəhbəri Vüqar Şəfiyev, mahnının söz müəllifi Orxan Mürvətli, bəstəkarı Elçin Cəfərov, aranjmançı Eşqin Ağayev - hər kəsə sağlam olmağı arzulayır.

Sevda Bayramova