Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutub
    • 25-08-2020, 12:50
    • 605

Ermənilər Tovuzun Ağdam kəndini atəşə tutub

Ermənistan ordusu Tovuz rayonu istiqamətində yaşayış məntəqələrini yenidən atəşə tutub.

News24.az xəbər verir ki, bu gün saat 11.00 radələrində rayonun Ağdam kəndi iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə Süleymanov Paşa Abbasəli oğluna məxsus evə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.

Düşmən cavab atəşi ilə susdurulub. /APA/