Arıları öldürən bağbana külli miqdarda cərimə və 1 il həbs  cəzası verildi
    • 8-10-2018, 10:30
    • 630

Arıları öldürən bağbana külli miqdarda cərimə və 1 il həbs cəzası verildi

 Avstriyanın Klaqenfurt şəhərindən olan bağban arıları qəsdən öldürdüyünə görə, 20 min avro cərimə olunmaqla 1 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə cümə günü "Euro-pulse" nəşri yazıb.

Bildirilir ki, 47 yaşlı kişi öz meyvə plantasiyasına pestisid xlorpirifos vurub. Nəticədə bölgənin arıçılarına məxsus 50 koloniyadan olan arıların ölümünə səbəb olub.

Məhkəmə qərara gəlib ki, bağban pestisidlərin bu həşəratlar üçün təhlükəli olduğu haqda məlumatlı olub. Bundan əlavə, fermerin bu hərəkəti sonradan zəhərli baldan istifadə edən insanlar üçün təhlükəli nəticələrə gətirib çıxara bilərdi.

Bağbanın özü məhkəmənin qərarı ilə qətiyyən razı deyil və ondan appelyasiya şikayəti vermək niyyətindədir.