Daha 142 nəfər koronavirusa yoluxdu
    • 28-08-2020, 19:10
    • 617

Daha 142 nəfər koronavirusa yoluxdu

Azərbaycanda bu gün koronavirus infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb,  97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

News24.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.