Gəncədə müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlandı
    • 29-08-2020, 10:38
    • 4 358

Gəncədə müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlandı

Gəncədə müəllimin mənzilində qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə News24.az-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, E. Qurbanov küçəsində yaşayan Dəmirov Yusif Fərhad oğlunun mənzilində öldürülməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir.

Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin "Azərbaycan tarixi" müəllimi idi.