-
- 26-05-2020, 11:42
- 990
Gəncədə baş verən qətllə bağlı cinayət işi BAŞLANIB
Mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Bu barədə News24.az-a Gəncə şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.