Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq etdi
    • 8-10-2018, 11:19
    • 851

Bakı Nəqliyyat Agentliyi sürücülərə xəbərdarlıq etdi

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
 
BNA-dan verilən məlumata görə, xəbərdarlıqda hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev prospekti - Hava limanı avtomagistralının bəzi hissələrində zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.
 
"Eyni zamanda, elektron tablolarda sürüşkən yol işarəsi qoyulub. Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin metereoloji amilləri nəzərə alsınlar", – deyə xəbərdarlıqda bildirilir.