“Ermənistana tikinti materiallarının daşındığı barədə Rusiyanın izahı bizi qane etmir” - Hikmət Hacıyev
    • 29-08-2020, 13:08
    • 852

“Ermənistana tikinti materiallarının daşındığı barədə Rusiyanın izahı bizi qane etmir” - Hikmət Hacıyev

“Son dövrlər Ermənistanın silahlandırılması istiqamətində atılan addımıar Azərbaycan Respublikasını ciddi şəkildə narahat edir. Dövlətimizin başçısı İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı bu məsələyə aydınlıq gətirilməsini bir daha qəti şəkildə qaldırmışdır”.

News24.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib: “Tovuz hadisələri başlayandan dərhal sonra iyul ayının 17-dən etibarən intensiv şəkildə təyyarələr vasitələri ilə Rusiyadan Ermınistana silahların daşınması həyata keçirilib. Bu da Azərbaycan ictimaiyyətini narahat edir. Rusiya tərəfinin izahı bizi tam qane etmir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.