Abşeronda ikimərtəbəli tikilidə yanğın olub
    • 29-08-2020, 16:03
    • 866

Abşeronda ikimərtəbəli tikilidə yanğın olub

Abşeron rayonunda ümumi sahəsi 200 kvadratmetr olan hazırda fəaliyyət göstərməyən ikimərtəbəli tikilinin birinci mərtəbəsinə yığılan ev əşyaları 70 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildiriblər ki, tikili yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.