Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq
    • 8-10-2018, 11:38
    • 915

Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 8-9 oktyabr tarixlərində axşam saat 11:00-dan səhər saat 06:00-a qədər (7 saat) Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik",- deyə qurumdan bildirilib.