-
- 31-08-2020, 16:57
- 661
Prezident Dövlət Neft Fondunun büdcəsində dəyişiklik etdi - FƏRMAN
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
News24.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 7 832 893,4 min manat (dəyişiklikdən öncə 12 384 088,2 min manat olub), xərcləri isə 12 439 910,3 min manat (dəyişiklikdən öncə 11 589 910,3 min manat olub) müəyyən edilib.
Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlir mənbələrində Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 6 646 940,7 min manat (dəyişiklikdən öncə 10 563 404,5 min manat olub), karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri 6 milyon 752 min 400 manat (dəyişiklikdən öncə 4 milyon 692 min manat olub), neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 21 milyon 80 min manat (dəyişiklikdən öncə 19 milyon 380 min manat olub), Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər 390 342,9 min manat (dəyişiklikdən öncə 1 031 271,7 min manat olub), neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilərin ödədikləri bonuslar isə 767 777,4 min manat (dəyişiklikdən öncə 765 milyon 340 min manat olub) müəyyən edilib.
Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin xərc istiqamətlərində Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi 12 milyard 200 milyon manat (dəyişiklikdən öncə 11 milyard 350 milyon manat olub) müəyyən edilib.