Daha bir aparıcı "Xəzər"dən GETDİ - FOTO
    • 1-09-2020, 12:07
    • 1 018

Daha bir aparıcı "Xəzər"dən GETDİ - FOTO

Tanınmış teleaparıcı, "Xəzər" televiziyasının sözçüsü, xəbər aparıcısı Aqşin Kamal işdən çıxıb.

News24.az xəbər verir ki, bu barədə A.Kamal özü məlumat verib: "2012 - ci ilin mart ayından gəldiyim "XƏZƏR" televiziyasından öz istəyimlə ayrılmağa qərar verdim. Televiziyanın rəhbəri Murad Dadaşova qərarımı açıqlayanda özünün də dediyi kimi, mənə böyük qardaş münasibəti sərgilədi. Hətta "Xəzər TV" - də qalıb çalışmağımı təkid etdi və fəaliyyətimi çox yüksək qiymətləndirdi. Murad müəllim, bu jestə görə təşəkkür edirəm! Hələ tələbəlik illərindən başlayan 19 illik jurnalistika fəaliyyətim dövründə müxtəlif televiziyalarda müxbir, aparıcı, redaktor, şöbə müdiri, tv sözçüsü kimi çalışmışam. Bu illər ərzində məni öyrədən və dəstək olan hər kəsdən Allah razı olsun! Haqqınızı halal edin! İnşallah yaxın günlərdə tamam fərqli və yeni bir sahədə işləməyə başlayacağam".

Sevda Bayramova