DSX: Sərhəddən narkotik keçirən şəxslər saxlanıldı
    • 1-09-2020, 12:11
    • 501

DSX: Sərhəddən narkotik keçirən şəxslər saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psi­xotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən News24.az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəs­təsinin Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zasta­vasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində dövlət sərhədini pozmuş Azərbaycan Respublikası vətəndaşları, Sumqayıt şəhər sakinləri 1985-ci il təvəllüdlü Babayev Cabir Calal oğlu və 1992-ci il təvəllüdlü Şirəlizadə Aqif Ağaseyid oğlu saxlanıl­ıb­lar.

Saxlanlmış şəxslərin üzərindən 12 kq heroinə və 9 kq 700 qram tiryəkə oxşar narkotikə aşkar edilərək götürülmüşdür. Sərhəd pozucu­ları­nın narkotik vasitələri Samir və Kazım adlı İran vətəndaşlarından əldə etdik­ləri məlum olub.