700 bal toplayanların sayı niyə azalıb? - KARANTİN REJİMİNİN FƏSADLARI
    • 1-09-2020, 12:44
    • 598

700 bal toplayanların sayı niyə azalıb? - KARANTİN REJİMİNİN FƏSADLARI

Azərbaycanda karantin rejimi elan olunan andan etibarən təhsilimiz onlayn formata keçib. Beləliklə, distant təhsilə zəruri keçidlə bağlı yaşanan problemlər informasiya qəbulunda axsamalara səbəb olub. 

Bəs görəsən, orta ümumtəhsil məktəblərini bitirən məzunlardan ali məktəblərə qəbul imtahanlarında 700 ballıq nəticəni göstərən neçə nəfər var və karantinin bu nəticələrə təsiri nə qədərdir?


Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, son illər təhsilin strukturunda olan dəyişikliklər adaptə prosesi ilə bağlı qəbul nəticələrinə təsir edib: “Son iki ildə qəbul imtahanlarının məzmun strukturunda və müəyyən mənada formasında dəyişiklik olub. Bu müddət ərzində adaptasiya dövrü olduğundan 700 bal toplayan uşaqların sayı az ola bilər. Ötən il 700 bal toplayan olmasa da, bu il üçün artıq var. Yəqin ki, növbəti illərdə göstəricilər daha da artacaq. Göstəricilərin aşağı olmasının karantinlə əlaqəli olduğunu düşünmürəm. Zənnimcə, 700 bal biliyin əsas kriteriyası olmamalıdır. “700 bal varsa, hər şey yaxşıdır, yoxdursa, vəziyyət pisdir” yanaşması düz deyil”.  

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə qeyd edib ki, ötən il qəbul imtahanlarında 700 ballıq nəticə göstərən abituriyent olmayıb:

“Bu il isə məlum nəticəni göstərən yalnız bir abituriyent var. Ancaq 1 və 4-cü qrupların nəticələri hələ ki, elan olunmayıb. O nəticələri də gözləmək lazımdır”. 

Məhərrəm Əliyev