Tofiq Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildi
    • 3-09-2020, 11:32
    • 1 206

Tofiq Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edildi

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

News24.az xəbər verir ki, məhkəmə prosesi hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilib.  p

Prosesdə hökm oxunub. Hökmə əsasən, T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəmişdi.