Hacıqabul–Muğan avtomobil yolu yenidən qurulub
    • 4-09-2020, 10:13
    • 631

Hacıqabul–Muğan avtomobil yolu yenidən qurulub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Hacıqabul–Muğan avtomobil yolunda yenidənqurma işlərini başa çatdırıb. 

News24.az bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, sözügedən avtomobil yolunun uzunluğu 11,5 km-dir. Yolun 6,4 km-lik hissəsi III texniki dərəcəli, 5,1 km-lik hissəsi isə şəhər daxili yoldur. Bu üzdən yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun hər bir istiqaməti üzrə 2,5 metr enində çiyinlər, şəhər daxilində isə piyada səkiləri mövcuddur.

"Avtomobil yolu uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulması 32 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edib. Ən əsası əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunub", - məlumatda qeyd olunub.