-
- 4-09-2020, 13:26
- 509
Erkin Qədirli: "Rəsmən müxalif deputat olacam"
“ReAl partiyasının dövlət qeydiyyatına alınması mənim Milli Məclisdə və AŞPA nümayəndə heyətində statusumu dəyişdirəcək”.
News24.az xəbər verir ki, bunu Milli Məclisin deputat Erkin Qədirli deyib.
O bildirib ki, ReAl-ın qeydiyyatsız dönəmində müstəqil deputat sayılırdı:
“Bundan sonra rəsmən müxalif deputatı sayıla biləcəyəm. ReAl da rəsmən parlament partiyası sayılacaq. ReAl-ın rəsmən parlament partiyası sayılması onun başqa parlament partiyaları kimi dövlət büdcəsindən maliyyələşməsi məsələsini aktuallaşdıra bilər. Amma burada aydın cavab yoxdur. Belə durumlarda eyni inandırıcılıqla bir-birinə qarşı olan yönlərdən yozum vermək olur. Bir yozuma görə, ReAl bu durumda büdcədən maliyyələşə bilməz, çünki mən seçiləndə ReAl-ın qeydiyyatı olmayıb. Başqa bir yozuma görə, seçki proporsional olmadığına görə ReAl-ın parlamentdə yerləri ReAl-ın qeydiyyatından sonra ona üzv olmuş deputatların hesabına yarana bilər. İndiki halda mənim hesabıma. Proporsional seçkilərdə belə yanaşma doğru sayıla bilməzdi. Ona görə də, bir halda ki, dövlət büdcəsindən maliyyələşmə təcrübəsi var, proporsional seçki sisteminə keçmək gərəkdir. Majoritar sistem bunun üçün yaramır. Ayrıca, şəxsən mənim fikrimə görə, partiyalar dövlət büdcəsindən pul almamalıdır.
E.Qədirli qeyd edib ki, AŞPA-da nümayəndə heyətində hələ müstəqil üzv sayılır:
“Çünki nümayəndə heyəti təsdiqlənəndə ReAl-ın qeydiyyatı olmayıb. Öz parlamentimizdə statusumun dəyişməsi (müstəqildən müxalifə keçməsi) AŞPA-da nümayəndə heyətindəki statusumu avtomatik dəyişdirmir. Mənim statusuma gələn ilin yanvarında yenidən baxılacaq. Aydındır ki, müstəqil qala bilməyəcəyəm. Burada iki variant yaranır: Birincisi, mən AŞPA nümayəndə heyətində qalıram, müxalif deputat kvotasına (1/3) girirəm, amma bunun üçün gərək kimsə o kvotadan çıxsın. İkincisi isə mən nümayəndə heyətindən çıxıram, çünki müstəqil kimi qala bilməyəcəyəm, müxalif kvotadan isə kimsə çıxmayacaq. Hər iki halda mənim yerimə başqa birisi müstəqil kvotaya girməli olacaq. Bunun cavabı yanvarda bilinəcək”.