Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanıldı
    • 4-09-2020, 14:19
    • 557

Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanıldı

Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə iyul ayının 20-də Gədəbəy rayon sakini olan bir xanım Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək  günorta saatlarında tanımadığı 2 nəfər şəxsin yaşadığı evə qeyri-qanuni daxil olaraq, zorla 1000 manat pulunu və 1 ədəd mobil telefonun alaraq qaçdıqlarını bildirib.

Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar aparıb. Aparılan təxrəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənŞabran rayon sakini Natiq Zülfüqarov və onun yetkinlik yaşına çatmayan oğlu İ. Zülfüqarov şübhəli şəxs qismində saxlanılıb. Araşdırlmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ev sahibini az yaşlı övladı ilə parkda gəzən zaman görmüş, daha sonra onu təqib edərək yaşadığı evi müəyyən ediblər. Həmin fərdi yaşayış evinə qanunsuz  daxil olaraq, soyğunçuluq edərək 1000 manat nağd pul və bir ədəd mobil telefonu ələ keçiriliblər.

Saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini bildiriblər. Bundan başqa istintaq zamanı İ. Zülfüqarovun Bakı şəhərində də oxşar cinayət hadisəsini törətməsi də məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.