Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
    • 18-03-2019, 09:46
    • 1 375

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

29-cu Polis Şöbəsinin əməkdaşları soyğunçuluq edən şəxsi “isti izlər”lə yaxalayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 14-də Yeni Yasamal ərazisində naməlum şəxsin ona zor tətbiq edərək içərisində müəyyən məbləğ olan pulqabısını aldığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun  Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş N.Mehdizadə olduğu müəyyən edilib.  

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.