“Sağlam diş” fəaliyyətə başladı. Burada kredit də var - FOTOLAR
    • 8-10-2018, 16:01
    • 4 174

“Sağlam diş” fəaliyyətə başladı. Burada kredit də var - FOTOLAR

“Sağlam diş” stomotoloji klinikasının sayca 3-cü filialı fəaliyyətə başlayıb. 

Bakıxanov qəs., Sakit Qocayev küç. 39A və Qara Qarayevdə Nizami r., Ə. Hacıyev küç., 15 ünvanlarında diş xəstəlikləri ilə bağlı bütün xidmətləri yüksək səviyyədə göstərən mərkəzin yeni filialı   Yasamal r., Hüseyn Cavid pr., 20 ünvanındadır.

“Sağlam diş” stomotoloji klinikasının təntənəliaçilis mərasiminə tanınmış simalar əməkdar artist Elza Seyidcahan, müğənni Lətifə Soyuöz, aparıcılar Lalə Azərtaş, Afaq Gəncəli, Nərgiz Məmmədova, Samir Bayramlı qatılıb. 

Diş mərkəzinin icraçı direktoru Ağa Məmmədov klinikanın ən son stomotoloji xidmətləri göstərdiyini deyib:

“Yasamalda yeni açılan “Sağlam diş” müasir stomotoloji klinikasınıda bizə müraciət edən hər kəsə yeni stomotoloji xidmətləri göstərməyə hazırıq. 
Filialımızda fəaliyyət göstərən peşəkar həkimlər ən müasir avadanlıqlarla dişlərinizdə olan problemləri aradan qaldırmağa hazırdır.
Qeyd edək ki, stomotoloji mərkəzin bütün xidmətlərindən kreditlə istifadə etmək mümkündür. Kredit şərtləri:

-500 manatdan yuxarı bütün prosedurlardan ilkin ödənişsiz, faizsiz kreditlə istifadə etmək imkanı təqdim edir.

Əsas məqsədimiz müştərilərə sərfəli qiymətə, yüksək keyfiyyət təqdim etməkdir”. 

Klinikanın PR meneceri Nərgiz Əliyeva yeni filialda gözəl dişlərə sahib olmaq istəyənlər üçün kredit şərtlərinin olduğunu bildirib:

“ “Sağlam diş” stomotoloji klinikasının sayca 3-cü filialı istifadəyə verildi. Bundan əvvəl Bakıxanov və Qara Qarayev filiallarımız fəaliyyət göstəridi.
Əminik ki, Yasamalda açılan yeni mərkəz də digərləri kimi bizə müraciət edənləri keyfiyyətli xidməti ilə razı salacaq. 

Klinikamızın əsas üstünlüyü keyfiyyəti münasib qiymətə təqdim etməsidir. Düzdür, şəhərdə bir çox klinikalar var, lakin məhz münasib qiymətə keyfiyyətli xidməti yalnız “Sağlam diş”də əldə edə bilərsiniz. 

Ən böyük üstünlüyümüz isə kredit şərtlərimizin olmasıdır. Çünki hazırkı dövrdə məişət əşyalarımızı, hətta evi belə kreditlə almaq mümkündür. İndi isə dişlərinizə qulluğu da kreditlə edə biləcəksiniz”. 

Ünvan: 
Yasamal filialı: (012) 510 90 16/17
Qara Qarayev filialı: (012)520 31 51/61
Bakıxanov filialı:(012) 429 42 24
Əlaqə: (+994 55) 520 31 51
İnstagram: saglamdish.az