-
- 7-09-2020, 16:26
- 1 235
Fidan Hacıyeva doğum günündə ARZUSUNU AÇIQLADI
"Doğum günü ab-havasındayam, hər şey yaxşıdır. Qızım səhər tezdən gəldi məni qucaqladı, qəlyanaltı hazırlayıb təbrik etdi. Həyat yoldaşım isə qəhvə hazırladı".
Bu sözləri News24.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyeva deyib. O bildirib ki, doğum gününü ailəsi ilə birlikdə qeyd edəcək: "Pandemiya səbəbindən ad günümü ailəmlə birgə evdə keçirəcəyəm. Bilirsinizmi, doğum günləri gəldi-gedəndir, əsas sağlamlıqdır. Gün ərzində həmkarlarım, iş yoldaşlarım, tələbələrim zəng edərək məni təbrik etdilər. Onlardan Aybəniz xanımın, Səbinə Əliyevanın, Fuad Musayevin adlarını çəkə bilərəm. Deməli mən onların sevgisini qazanmışam ki, unudulmuram. İnanın bu mənim üçün ən gözəl uğurdur. İlk növbədə hər kəsə can sağlığı, daha sonra isə Azərbaycan klassik musiqisinin yaşamasını arzu edirəm. Çünki Azərbaycan klassik musiqisi çox zəngindir. Bir pedaqoq kimi bu janrın təbliği və inkişafı istiqamətində əlimdən gələni edib yeni tələbələr yetişdirəcəyəm. Əsas istəyim də gənclərin musiqi zövqlərinin düzgün formalaşmasıdır. Hazırda bu yöndə çox yaxşı işlər gedir. Hətta pandemiya dövründə toy müğənniləri belə əsl sənət göstərməyə başladılar. Bayağı, ara musiqisi yoxa çıxdı".
Sevda Bayramova