“Qarabağ” – “Molde” görüşü ilə bağlı Norveç hökuməti UEFA-nın MÜRACİƏTİNİ CAVABLAMAYACAQ
    • 8-09-2020, 14:27
    • 1 016

“Qarabağ” – “Molde” görüşü ilə bağlı Norveç hökuməti UEFA-nın MÜRACİƏTİNİ CAVABLAMAYACAQ

UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Molde” oyunu üçün Norveç hökumətinə ünvanladığı müraciət cavabsız qalacaq. 

News24.az xəbər verir ki, bu barədə ölkənin mədəniyyət naziri Abid Raja məlumat verib. 

O bildirib ki, hökumət bu məsələyə reaksiya verməyəcək. 

Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Molde” matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş edib.