-
- 9-09-2020, 15:52
- 675
Hövsan yolunda əsaslı təmir işlərinə başlandı
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən avtomobil yolunun tikintisinə başlanılıb.
News24.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən məlumat verilib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər yolda birinci mərhələdə işlər başa çatdırılacaq: "Bu ilin sonuna qədər çalışacağıq ki, heç olmasa yolu ikiqat asfaltlayıb, sürücülərin istifadəsinə verək. Növbəti mərhələ isə gələn il başa çatacaq. Gələn il 3-cü lay asfalt vurulmaqla tam olaraq yolda işlər bitəcək. 2021-ci ildə yolda təmir işləri tam başa çatacaq və istifadəyə veriləcək. Amma ilin sonuna kimi sürücülərimiz geniş, 1-ci dərəcəli yoldan istifadə edə biləcəklər". /Trend/