-
- 10-09-2020, 13:11
- 3 791
Məşhur KVN-çi DANIŞDI: “Məmurlar sözü üzümüzə deyə bilmirdilər" - VİDEOMÜSAHİBƏ – FOTOLAR
O bizim yaddaşımızda canlandırdığı obrazlarla aktyor kimi qalıb. Çox az hallarda səhnədə olsa da, görəndə hər birimizin simasında təbəssüm yaranır. Özünü daha çox biznes sahəsində görür, elə o səbəbdən də əsas işi biznesdir. Söhbət "Planet Parni iz Baku" KVN Teatrının aktyoru Emil Abbasovdan gedir.
Emil Abbasovun News24.az-a müsahibəsini təqdim edirik.
- Məlum olduğu kimi COVİD-19 pandemiyası artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Siz bu mərhələni necə keçirirsiniz?
- İnanırsınız ki, elə məqamlar olurdu ki, ümumiyyətlə çölə çıxmırdım. Yalnız evə bazarlıq üçün çıxırdım. Düzdür, şəhərin kənarında yaşayıram, bura az insan gəlib-gedirdi, amma indi insan axını var. Nədənsə bir çoxumuz da bu xəstəliyə inanmırıq. Bu inamsızlıq mən də çox böyük sual doğurur. Şəxsən tanıdığım insanlar var idi ki, hətta bu bəladan dünyalarını belə dəyişdilər. Bütün bunları görərək və dərk edərək necə inanmaq olar?
- Söhbət koronavirusdan düşmüşkən. Bir müddət öncə sizin də yaxın dostunuz Əməkdar artist Bəhram Bağırzadə çox çətin və ağır günlər keçirdi...
- Bu hadisə bizim üçün həqiqətən də böyük faciəyə dönmüşdü. Hətta biz və Bəhramın özü də vəziyyətin bu qədər ciddi olduğuna inanmırdı. Amma çox təəssüf ki, yaşanan hadisəni bəzi insanlar çox yalnış qavradılar. Mən özüm Bəhram reanimasiyaya düşməzdən bir gün əvvəl onunla telefonla əlaqə saxladım, səsi çox gümrah idi. Bir gecəyə hər şey dəyişdi. Biz çox həyəcanlandıq təbii ki, amma çox şükürlər olsun ki, Bəhram o çətin günlərdən xilas oldu. Açığı mən artıq mənasız zənglərdən, mesajlardan çox bezmişdim. Hər kəs mənə yığıb sual verirdi ki, “bu şoudur?”. İnanın ki, hətta belə danışan bir çox insanla əlaqəmi də kəsmişəm, çünki onlar adekvat deyillər. Axı bir insan öz sağlamlığından necə reytinq qazana bilər? Yanına gedə bilmədim, ancaq telefonla danışırdıq. Çünki ziyarət etməyə imkan yox idi. Anamın 80 yaşı var, inanın ki, pandemiya başlayandan onu görə bilmirəm. Çünki çox qorxuram. Allah göstərməsin, məndən ona ziyan gəlsə, necə yaşaya bilərəm? Ona görə də nəsə lazım olanda, alıb qapının ağzına qoyub qayıdıram.
- Həmişə deyirsiz ki, aktyorluq mənim üçün hobbidir. Bu yola ilk necə başladınız?
- Bu həvəs uşaq yaşlarından yarandı. Birinci sinifdə oxuyurdum. Bir dəfə dərsin ortasında bir də gördüm ki, bir neçə nəfər kabinetə girdi, uşaq seçməyə başladı. Seçilənlərin arasında mən də var idim. Sonra bizi geyindirib gətirdilər Dəmir Yolu Vağzalına. Dedilər ki, Leonid Brejnev gələcək, siz onu qarşılayıb gül verməlisiniz. Elə o vaxtdan kameranın işığı, çəkilişlər məni cəlb etdi. Ondan sonra isə bir neçə filmlərə dəvət alıb çəkdım. Hətta “Допрос” kinosunda da epizodik rol aldım.
- Dediniz ki, məktəbdə kastinqlər keçirilirdi. Ümumiyyətlə, sizin təhsil aldığınız 160 nömrəli klassik gimnaziyadan bir çox tanınmış simalar məzun olub.
- Bəli, çox düzgün vurğuladınız. Bizim məktəb bir çox istedad yetişdirib. Hətta KVN komandamızın bir neçə üzvü də sözügedən təhsil ocağının məzunları sırasındadır. Ən sonuncu bizə qoşulan isə Murad Dadaşov idi.
- Bu gün sizinlə söhbətimizdə Anar Məmmədxanovdan da danışmaq istəyindəyik. Sözsüz ki, mərhum kapitanın hazırda müxtəlif sahələrdə çalışan bir çox insanların həyatında əvəzsiz rolu olub. Bəs sizdə necə?
- Anarın təkçə yaradıcılığımda deyil, ümumi həyatımda böyük rolu olub. Anar olmasaydı, komandamız olmazdı. Əfsuslar olsun ki, bu günə qədər Anar kimi bir adam, lider ortalığa çıxıb, cavan uşaqları öz ətrafına yığa bilmir. Biz bilirdik ki, başımıza bir iş gəlsə, kapitanımız var və o, ən azından bizə məsləhət verəcək. Anar məndən bir yaş böyük idi, amma çox müdrik insan idi.
- Ölüm xəbərini eşidəndə nə hiss etdiniz?
- Onun ölümündən bir həftə öncə Bakıdaydım. Getdim evinə söhbət elədik, zarafatlaşdıq, planlar qurduq ki, gələn yay Amerikaya dostlarımızın yanına gedəcəyik və sonra elə alındı ki, Çinə qayıtmalı oldum. Düz bir həftə sonra mənə zəng gəldi. Açığı inanmadım, çünki onun kimi gümrah bir insanın öləcəyi ağlımın ucundan belə keçməzdi. Daha sonra komandamızın direktoruna zəng etdim. O, mənə yalnız bir şey dedi: “Anar artıq yoxdur, getdi”. (kövrəlir) Çox pis hisslər keçirdim və dərhal Bakıya getmək qərarını aldım. Məsafə uzun olduğundan ancaq Anarın üçünə gəlib çatdım. İnanın ki, bu itkini hələ də heç birimiz qəbul edə bilmirik. Hətta bəzən uşaqlarla yığışanda düşünürük ki, bu dəqiqə qapı açılacaq və Anar içəri girəcək.
- Anar Məmmədxanov təkcə aktyor kimi deyil, həm də sadə vətəndaş, millət vəkili kimi də insanların sevgisini qazanıb...
- Bəli. Anarın əlaqələri, xaricdə yaşayan tanınmış simalarla qurduğu kontaktları dövlətimiz üçün çox faydalı idi. İnanın ki, indiyə qədər biz ölkəmizi, mədəniyyətimizi düzgün tanıda bilmirik. Amma Anar bu missiyanı çox gözəl reallaşdırırdı. O, insanlara əsl azərbaycanlı necə olar onu izah etməyi bacarırdı. Və onu tanıyan insanlar bizim millətimizə, dövlətimizə aşıq olurdu.
- Anar Məmmədxanovun komandasına ən böyük tövsiyəsi nə olurdu?
- Hər çıxışdan əvvəl Anar bizi bir araya yığıb motivasiya verirdi. İzah edirdi ki, biz bu işi nə üçün edirik, niyə qalıb olmalıyıq. İnanın ki, KVN bizə var-dövlət verməyib. Anar bizə hər zaman deyirdi ki, bu qalibiyyət təkcə bizə yox, ümumi vətənimizə lazımdır. “Biz uduzmamalıyıq, məğlub olmamalıyıq” deyirdi. Tövsiyə edirdi ki, heç vaxt sınmayaq, bizə heç kim qalib gələ bilməz. İrəli, irəli və ancaq irəli. Kapitanın əsas işi üzvlərinə ruh yüksəkliyi bəxş etməkdir. Belə kapitanımızın olduğuna görə də biz özümüzə çox inanırdıq. Hətta belə bir ləqəbimiz var idi “Парни это танки”. Yəni bizi keçən ola bilməz, əksinə biz hər kəsə qalib olacağıq. Heç vaxt bizim aramızda qısqanclıq, rol üstündə mübahisəmiz olmayıb. Yəqin elə buna görə də uğur qazanmışıq.
- O cür lider indi niyə yetişmir?
- Çətin məsələdir. Lider olmaq üçün gərək insanın həyata baxışı tamamilə fərqli olsun. İnanın ki, Anar Məmmədxanov şəxsi evini girov qoyub, bankdan pul götürüb komandasını Moskvaya yarışlara göndərib. Bunu hər adam etməz.
- "Planet parni iz Baku" KVN Teatrının işini necə dəyərləndirirsiniz?
- Çox gözəl. Hətta bu brendin yaranmasında rolum da olub. Mən, Tahir, Cabir, Vado yığışdıq və bu brendin həyatını uzatmaq haqqında danışdıq. O zamanlar “Планет Голливуд” adlı çox məşhur brend var idi, biz də ona bənzər ad düşünərək “Planeta parni iz Baku” adlı teatr yaratdıq. Həm kommersiya, həm də yaradıcılıqla məşğul olduq. Amma bir müddət sonra mən bu işdən uzaqlaşdım və Çinə köçdüm. Orda da şəxsi biznesimi qurdum.
- Səhnə üçün darıxmırsınız?
- Darıxıram. Mən iki dəfə səhnədən gedib qayıtmışam. İlk dəfə gedəndən bir neçə il sonra günlərin bir günü Bakıya gəldim və Tahirlə görüşdüm. Tahirin israrı ilə qərara gəldim ki, heç olmasa beş dəqiqəlik də olsa səhnəyə çıxıb qurdumu öldürüm (gülür) Bundan sonra bu artıq adət-ənənəyə çevrildi. Hər il apreldə işçilərim bilirdi ki, mən iki həftəlik Bakıya gedirəm. Amma artıq iki ildir yenə də səhnədən uzaqlaşmışam. Çünki başqa planlarım var.
- Tahir İmanovu bədii rəhbər kimi bəyənirsiniz?
- Əlbəttə. O, çox peşəkar və tələbkar insandır. Tahir "yox" sözünü, yatıb qalmışam, tıxacdayam kimi bəhanələri qəbul etmir.
- Ümumimmilli lider Heydər Əliyev də sizin yaradıcılığınızı çox sevirdi...
- Bəli. O, bizim komandamızı çox sevirdi, dəstəkləyirdi və hər konsertimizə gəlirdi. Hətta MDB ölkələri arasında ilk Prezident Heydər Əliyev olub ki, KVN-in oyunlarında iştirak edib. O, hər zaman bizə gördüyümüz işin nə qədər vacib olduğunu aşılayıb.
- Bəs, niyə müəyyən illərdə sizə qarşı qadağalar tətbiq olunub?
- Düzdür, bəzi insanların bizim gördüyümüz işdən xoşu gəlmirdi və müxtəlif yollarla bizə qadağa tətbiq edirdilər. Hər kəs çox gözəl bilir ki, KVN satira teatrıdır. Cəmiyyətdə olan nöqsanları yumor tərəfdən üzə çıxardırdıq. İzah edirdik ki, məmur belə olmamalıdır, insan özünü belə aparmamalıdır. Bu da bir çox məmurların xoşuna gəlmirdi. Amma onu da deyim ki, rəsmi şəkildə bizə heç bir qadağa qoyulmayıb.
- Üzünüzə hansısa məmur sözünü deyib?
- Xeyr. Üzümüzə ancaq tərifləyiblər.
- Nədənsə keçmiş KVN-çilərin bir çoxu zaman ötdükcə səhnədən uzaqlaşaraq başqa sahəyə keçirlər. Bunun səbəbi nədir?
- Uğur. Biz başqa işdə daha çox uğur əldə etdik, ona görə də ayrıldıq. Onsuz da biz qeyri-peşəkar aktyor olsaq da, səhnədən sözümüzü kifayət qədər demişik. Bu yaşdan sonra da məncə artıq peşəkar aktyor ola bilmərəm. Bütün həyatımı bizneslə məşğul olub uğur qazanmışam. Mən hazırda “Hamlet”i oynaya bilmərəm. Çünki aktyorluq sahəsi üzrə təhsil almamışam.
- Niyə hələ də Emil Abbasovun fəxri adı yoxdur?
- Bilmirəm. İnanın ki, bu haqda heç düşünməmişəm. Yəqin ki, özümü peşəkar aktyor hiss etməməyimdəndir. Məncə, ümumi komandamıza ad verilsə pis olmazdı.
- Özünüzü peşəkar aktyor adlandırmırsınız, amma bir neçə filmlərdə də rol almısınız. Kənardan baxanda özünüzü necə dəyərləndirirsiniz?
- İnsan özünü peşəkar hiss etməyəndə kənardan da nöqsanlarına fikir vermir. Əgər professional olsaydım yəqin ki, özümü çox tənqid edərdim, çünki səhvlərim çoxdur.
- Görünüşcə çox yaraşıqlısınız. Qadın fanatlarınız olmamış olmaz.
- Bəli, var. Hətta vaxtilə qısqanclıq ucbatından ailəmdə çox böyük problemlər yaşamışam.
- Bəzi kişi sənətçiləri xanım pərəstişkarlarını itirməmək üçün ailə həyatı qurmurlar. Buna necə baxırsınız?
- Düzgün addım deyil. Amma çox təəssüf ki, bizdə bəzi fanatlar özlərini adekvat apara bilmirlər, bu da çox böyük problemdir. Bəzən elə olur ki, yolun ortasında bir kişi sənə yaxınlaşıb qışqıra-qışqıra deyir ki, "Ə mən səni tanıyıram, sən o şey deyilsən?" (gülür)
- Baxmayaraq ki, illərlə xaricdə yaşamısınız, amma hələ də doğma dilimizi unutmamısınız...
- Məncə, bu belə də olmalıdır. Əksi çox böyük problemə gətirib çıxardacaq. Xarici dilləri öyrənmək olar, amma ana dilimizi unutmamalıyıq. Dilimizi unutsaq, özümüzü unutmuş oluruq. Dili olmayan millət, millət sayılmır.
- Bir müddət əvvəl sizin KVN-də rus dilində danışmağınız da çox müzakirələrə səbəb olurdu...
- Ümumiyyətlə KVN rus dilli oyundur. Onu da deyim ki, biz ilk komanda olmuşuq ki, səhnəciklərimizi milliləşdirib, öz dilimizdə təqdim edirdik. Düzdür, bu çox yaxşı qarşılanmırdı, amma biz də öz işimizi yeridirdik. (gülür)
- Bu yaxınlarda “Что? Где? Kогда?” oyununda sizi gördük. Niyə Murad Dadaşov oyundan kənarda qaldı?
- İlk olaraq onu deyim ki, KVN-dən öncə komanda şəklində mən “Что? Где? Kогда?”da iştirak etmişəm. Murad çox məşğul insandır. İnanın ki, bəzən ona zəng edəndə, birinci soruşuram ki, vaxtın var danışmağa? Murad oyuna gəldi, amma çıxa bilmədi, çünki başqa işləri var idi.
- Murad Dadaşovu "Xəzər" TV-nin rəhbəri kimi necə dəyərləndirirsiniz?
- Murad çox istedadlı insandır, onu çox istəyirəm. Hətta inanın ki, Murada görə “Xəzər” Televiziyasını izləyirəm. Ondan sonra televiziya çox inkişaf edib və edəcək də...
Sevda Bayramova
VİDEO - FOTO Fərid Şabanov