Bakıda ikinövbəli və üçnövbəli məktəblərin sayı açıqlandı
    • 10-09-2020, 18:27
    • 716

Bakıda ikinövbəli və üçnövbəli məktəblərin sayı açıqlandı

2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə Binəqədi, Xəzər, Yasamal və Sabunçu rayonlarındakı bir neçə ümumi təhsil məktəbində sıxlıq müşahidə olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

2019-2020-ci tədris ili üçün olan məlumata əsasən, paytaxtdakı 130 məktəb birnövbəli, 175 məktəb ikinövbəli, 2 məktəb isə üçnövbəli fəaliyyət göstərib. /APA/