Sahibə Qafarova TBMM sədri ilə görüşüb
    • 11-09-2020, 15:38
    • 698

Sahibə Qafarova TBMM sədri ilə görüşüb

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü olub.

Bu barədə News24.az-a Milli Məclisdən məlumat verilib.

Görüşdə parlamentlərarası əlaqələrin perspektivləri, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərin rolu barədə fikir mübadiləsi aparılıb.