Bakıda TürkPA Şurasının iclası keçirilir, sədrlik Türkiyədən Azərbaycana keçib
Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası başlayıb.
News24.az xəbər verir ki, tədbirdə üzv ölkələrin parlament Sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edir.
Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib.
İclasda TürkPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bununla bağlı rəmzi toxmağı Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədova təqdim edib və onu təbrik edib.