-
- 8-10-2018, 20:30
- 1 292
Avropanın ən bahalı və ən ucuz ölkəsi – Son nəticə
Almaniyanın Araşdırma və Statistika Qurumu “Statista” 30 Avropa ölkəsini əhatə edən araşdırma aparıb.
Araşdırma nəticəsində Avropanın ən bahalı ölkəsinin İslandiya, ən ucuz ölkəsinin isə Bolqarıstan olduğu üzə çıxıb. Araşdırmada 2000-2017-ci illər arasında ölkələrdə baş vermiş qiymət artımları və faiz dərəcələri əsas götürülüb.Buna əsasən, İslandiyada son 17 ildə 33 faiz bahalaşma qeydə alınıb. Siyahıda növbəti yerdə isə İsveçrə qərarlaşıb. Avropanın ən bahalı üçüncü ölkəsi isə Norveç olub.
Qurum ən ucuz ölkələrin siyahısını da açıqlayıb. Belə ki, Avropanın ən ucuz ölkəsi Bolqarıstan seçilib. Sonrakı yerlərdə isə Rumıniya və Polşa mövqe tutub.