-
- 9-10-2018, 11:05
- 2 163
Bakıda tətbiq edilən sarı xəttləmə nədir?
Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha bir yenilik tətbiq edilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, artıq paytaxtda yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başlanılıb.
“BNA yol hərəkətinin təşkilində daha bir yeniliyə imza atdı. Pilot layihə olaraq A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması artıq təşkil edilib.
Sarı kəsişmə toru yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət etməklə yanaşı, insanlara yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə və lazımsız cərimələrdən yayınmağa yardım edir”, - deyə Mais Ağayev bildirib.
Bəs bizdə bunun effekti ola bilərmi ?
Bu cür diaqonal xəttləmələr ilk olaraq Böyük Britaniyada sınaqdan keçirilib və daha sonra mövcud qanunvericiliklərinə əlavə edilib.
İdeya bundan ibarətdir ki, sürücü sıx hərəkət zamanı bu xəttləmənin üzərində qalmamalı və əgər qalarsa ona yolayrıcının keçilməsi qaydasının pozulması ilə bağlı cərimə yazılır. Sürücü yolayrıcına yaxınlaşdığı zaman hərəkətini elə hesablamaldırı ki, sonradan qırmızı yandığı zaman bu xəttləmənin üzərində ilişib qalmasın. Əslində, bu qaydalar bizim qanunvericliyimizdə var. YHQ 75-ci maddə II bənd:
II. Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.
Lakin, praktikada buna əməl edən yoxdur. Və çox nadir hallarda buna görə sürücüyə cərimə gəlir. Bizim sürücülərin bir çoxu ona yaşıl işıq yandıqda mütləq hərəkət etməli olduğunu düşünür. Amma daim dediyimiz bir məsələ var: Hər yaşıl işıq hərəkətə icazə vermir. Bəs bu qaydalarda varsa və buna görə cərimə çox az yazılırsa, sarı xəttləmə olduqdan sonra düzələcəkmi?
Əslində, bütün qanunların icrası ideal olarsa, heç belə xəttləməyə ehtiyac yaranmaz. Çox təəsüf bizdə bir çox qanunların kağız üzərində qalması, tətbiqdə axsamalar bu və ya digər şəraitdə qanundan yan qaçmağa imkan yaradır.
Dediyimiz kimi, qanunda qeyd edilib ki, sürücü tıxac olarsa, yolayrıcına daxil olduqda ona cərimə düşür. İndi xətt çəkildikdən sonra, yenə daxil olduqda ona cərimə düşəcək.
Bəs xətt nəyi dəyişəcək?
İnsan beyni fiziki görmədiyi maneələri qəbul etmir. Bu xəttləmə onlara bir maneə rolu oynaya bilər. Mən qəti şəkildə hamının əməl edəcəyini düşünmürəm.
Bizdə qoşa xətt də maneə rolunu oynayır, amma tıxacda qoşa xətti tapdalayan sürücü minlərlədir. 60 manat və 3 cərimə balı heç kimi qorxutmur. Və ya "dayanma və durma qadağandır" nişanını yüz minlərlə sürücü nəzər almır və hətta iki, üçüncü sırada avtomobillərini saxlayırlar. Burda da belə bir təcrübə yaşanacaq.
Effekti olacaqmı?
Bunu zaman göstərəcək. Cərimələnmə çıxış yolu olmayacaq. BNA yolayrıclarında tıxacın qarşısını almaq üçün bu dünya təcrübəsini tətbiq etmək istəyir. Və bu alqışlanandır.
Amma məncə çıxış yolu ayrıdır:
1. Sürücülərin qanuna münasibəti dəyişməlidir. Sürücülər "hər zaman poza bilərəm", "filankəsə olarsa, niyə mənə olmaz?", "mən filankəsəm, mənim maşınım yekədir" yanaşmasından azad olmalıdırlar. Bu zaman ikicni bənd qüvvəyə minir.
2. Hamıya eyni münasibət. Hər kəsə qanunu pozduğuna görə crimə yazılarsa, o zaman insanların qanunun tətbiq edənlərə inamı olacaq. İnamsızlıqdan qaydaları pozmaq istəyi yaranır. Buna inamı geri qaytarmayınca insanların qanuna münasibəti dəyişməyəcək.
3. Sürücülük məktəblərində tədris metodologiyası, sürücülük vəsiqəsi üçün imtahan qəbulu qaydaları dəyişdirilməlidir. Sürücülüyə namizədlər kursa ad yazıdırb, daha sonra başqa müəllimin yanına getməli deyillər. İmtahan 10 sualdan ibarət olmalı deyil. 10 sual sürücünün bilik səviyyəsini müəyyən edə bilməz.
Bunlar olmadıqca, lap yola kərpic də düzsəniz sürücülər onu dağıtmaq üçün yol tapacaqlar. Bəs siz çıxış yolunu nədə görürsünüz ?
//avtosfer.az