Tofiq Yaqublunun məhkəməsi 28 sentyabra TƏYİN EDİLDİ
    • 17-09-2020, 17:45
    • 605

Tofiq Yaqublunun məhkəməsi 28 sentyabra TƏYİN EDİLDİ

Məhkəmənin hökmünə etiraz olaraq 15 gündən çoxdur aclıq aksiyası keçirən müsavatçı Tofiq Yaqublunun apelyasiya şikayəti aidiyyatı instansiyaya göndərilib.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib. O bildirib ki, T.Yaqublu barəsindəki hökmdən Nizami rayon məhkəməsinə verilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

E.Sadıqov əlavə edib ki, T.Yaqublunun səhhəti nəzərə alınaraq, məhkəmə prosesi sabaha təyin edilə bilər. /qafqazinfo/