-
- 18-09-2020, 10:08
- 475
Bakıda şirkət əməkdaşı liftin şaxtasına düşərək ÖLDÜ
Mayın 19-da Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “ŞA İnşaatçı” MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində lift şaxtasında lift quraşdırma işlərini görən Abbas Sultanovun lift çalovuna yıxılaraq xəsarət alması və aldığı xəsarətdən ölməsi faktına görə Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
Qaradağ rayon Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla “ŞA- Inşaatçı” MTK ilə bağlanmış müqaviləyə əsasən inşa olunan həmin binalarda liftlərin tam quraşdırılması, tənzimlənməsi, işə buraxılması, təhvil verilməsi işlərinin görülməsini öz üzərinə götürmüş “Real Lift Quraşdırma” MMC-də briqadir-elektromexanik işləyən Üzeyir Qarayevin texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tabeliyində olan işçiləri təhlükəsizlik texnikası qaydaları və əməyin mühafizəsi qaydaları üzrə təlimatlandırmalı, eləcə də, bu təlimatların yerinə yetirilməsinə, mühafizə vasitələrindən istifadəsinə, həmin işçilərin işə davamiyyətinə, işlərin keyfiyyətlə görülməsi ardıcıllığına nəzarət etməli olsa da, qeyd edilən binanın lift kabinasının döşəməsinin təhlükəsizlik cihazlarla təmin olunmasını, kənarlarının çəpərlənməsini, eləcə də, yüksəklikdən yıxılmasının qarşısının alınması üçün işçilərin təhlükəsizlik kəmərindən və dəbilqədən istifadə edilməsini təmin etməyərək cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməməsi nəticəsində Abbas Sultanovun ehtiyatsızlıqdan ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.