Bakıda polis şöbəsinə rəis təyin olundu
    • 19-09-2020, 10:34
    • 943

Bakıda polis şöbəsinə rəis təyin olundu

Daxili işlər orqanlarında yeni təyinat olub.

News24.az xəbər verir ki x Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzaladığı müvafiq əmrə əsasən, Xəzər rayonu 3-cü Polis Bölməsinin rəis müavini polis polkovnik-leytenantı Seymur Qarayev vəzifəsindən azad edilərək 24-cü Polis Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl 24-cü Polis Şöbəsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək, 6-cı Polis Şöbəsinə rəis təyin edilib.