Çexiyanın səhiyyə naziri Adam Voytex istefa edib.
News24.az RİA-ya istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusa yoluxanların sayının artması olub.
Jurnalistlərə açıqlama verən nazir bildirib ki, istefa haqda ciddi düşünüb. O vurğulayıb ki, bu addımından sonra koronavirusun yayılmasının qarşısının alınmasına dair yeni həll yolları tapılacağına ümid edir.
Səhiyyə naziri istefa qərarı barədə artıq baş nazir Andrey Babişə məlumat verib.