Bu gün daha 10 şagird KORONAVİRUSA YOLUXDU
    • 22-09-2020, 22:15
    • 637

Bu gün daha 10 şagird KORONAVİRUSA YOLUXDU

Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVİD-19 virusuna dair məlumat yayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 36 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 7 olub.

Bu gün virusa yoluxan şagird sayı 10, İşçi heyətinin sayı 7 olub. Bu gün distant təhsilə keçirilmiş siniflərin sayı 2 olub. Bu günə qədər distant təhsilə keçirilən siniflərin sayı isə 6 olub. Bu günə qədər distant təhsilə keçirilmiş məktəblərin sayı 1 olub.