-
- 10-10-2018, 10:50
- 934
Lotu Quli Türkiyədə oturub Rusiyadan necə xərac yığırmış?
İstanbul polisi Azərbaycanın tanınmış mütəşəkkil cinayət dəstə lideri, "Lotu Quli" ləqəbli Nadir Səlifovu saxlayıb. Səlifovun telekonfrans vasitəsilə Rusiyadakı biznesmenlərdən xərac aldığı iddia edilir. Onun adı 2 il əvvəl Beşiktaşda "Gözəgörünməz" ləqəbli azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin qətli zamanı da hallanmışdı.
Əməliyyat İstanbul Şəhəri Polis İdarəsinə bağlı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəindən həyata keçirilib. Nəticədə Azərbaycan əsilli, "Lotu Quli" ləqəbli Nadir Səlifov həbs olunub. O, Vətən prospektində yerləşən İstanbul şəhər Baş Polis İdarəsinə aparılıb.
Səlifovun Rusiya mətbuatında bir xəbərin yayılmasından sonra saxlanılması maraqlı məqamdır. Rambler.ru saytının "Türkiyədəki oğru Rusiyada xərac yığır" başlıqlı xəbərində maraqlı məqamlar az deyil.
Telekonfrans vasitəsilə xərac
İddialara görə, Nadir Səlifov Rusiyada, xüsusilə də Kalujsk regionunda topdansatışla məşğul olan iş adamlarından xərac yığır. Onun bu işi internet vasitəsilə gördüyü deyilir. Məlumata görə, Səlifov iş adamları ilə telekonfrans vasitəsilə danışır və bununla da xəracın toplanması təmin olunur.
Beşiktaşda cinayət
Məlumata görə, Rusiyada topdan meyvə-tərəvəz və qida məhsulları satan iş adamlarının çalışdığı bu regiona nəzarət əvvəllər 2016-cı ilin avqustunda Beşiktaşda qətlə yetirilmiş Rövşən Canıyevdə imiş. O zaman otelin çıxışında lüks avtomobilində güllələnmiş Canıyevlə əlaqədar hadisə yerinə gəlmiş polislər oradan 65 ədəd giliz tapmışdı.
İntiqam məqsədilə toplantı
Canıyevin öldürülməsindən sonra Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları 2017-ci ilin noyabrın 6-da Bahçelievlerdə yerləşən bir ticarət mərkəzində xüsusi əməliyyat keçirmiş, nəticədə "Şirinler" adı ilə tanınan cinayətkar dəstə üzvləri və Canıyevin qardaşı daxil olmaqla, 11 nəfər şübhəli şəxs qismində saxlanmışdı. O zaman deyilirdi ki, saxlanılanlar Canıyevin qətlini sifariş verməkdə şübhəli bilinən "Lotu Quli"nin ölümünə fərman vermək üçün bir araya gəliblərmiş. İddiaya görə hətta Canıyevin qardaşı "Lotu Quli" ləqəbli kriminal avtoritetin qətlə yetirilməsi üçün "Şirinlər" dəstəsinə 5 milyon lirə təklif edibmiş.
Rövşən Canıyevin qətlindən sonra vaxtilə onun nəzarətində olmuş əraziləri Nadir Səlifovun ələ keçirdiyi iddia edilir.
//Milli.Az